NƏQLİYYAT DƏHLİZLƏRİ

ÜSTÜNLÜK VERİLƏN NƏQLİYYAT DƏHLİZLƏRİ

BEYNƏLXALQ
NƏQLİYYAT DƏHLİZLƏRİ

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi

Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə, o cümlədən Azərbaycanın, İranın və Rusiyanın dəmir yollarını birləşdirmək üçün nəzərdə tutulmuşdur. Birinci mərhələdə Şimal-Cənub dəhlizi boyunca il ərzində təxminən altı milyon ton yük, daha sonra isə 15-20 milyon ton yük daşımaq planlaşdırılır.Yük cəmi 14 gün ərzində Hindistan ərazisindən keçərək, Fars körfəzi, İran, Azərbaycan, Rusiya vasitəsilə Skandinaviya və Şimali Avropaya istiqamət edəcək.

“Şimal-Cənub” nəqliyyat dəhlizi

Bakı – Tbilisi – Qars

Bakı – Tbilisi – Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol şəbəkələrini birləşdirən nəqliyyat dəhlizidir. Başlanğıcda, layihənin başa çatması 2010-cu il üçün nəzərdə tutulmuşdu, lakin bu tarix bir neçə dəfə təxirə salınıb. 2016-cı ilin fevralında xarici işlər nazirləri tərəfindən təmsil olunan üç iştirakçı ölkənin beşinci görüşündən sonra 2017-ci il işlərin yekun ili kimi təyin olundu. BTQ-nın ümumi uzunluğu 826 kilometrdir. Təxminən 1 milyon sərnişin və 6,5 milyon ton yük daşıma qabiliyyətinə malikdir. Gələcəkdə daşınma 3 milyon sərnişin və 20 milyon ton yükə qədər artırıla bilər.